Nəzakət Teymurova arıqlayıb belə oldu – FOTO
Bizi izləyin

Magazin1

Nəzakət Teymurova arıqlayıb belə oldu – FOTO

Xalq artisti, səhnəmizin Leylisi Nəzakət Teymurova xeyli arıqlayıb. Sənətçi buna idman və pəhriz vasitəsi ilə nail olub.

Bu barədə Publika.az-a danışan xalq artisti 8 kilo arıqladığını deyib:

“Əslində bundan da arıq idim, amma gördüm ki, bir az da belə davam eləsəm, səhhətimə ciddi ziyan vurmuş olacağam. Çünki hiss edirdim ki, yeməmək səsimə təsir edir. İndi yeyə-yeyə arıqlayıram. Amma əti, qəndi, çörəyi və duzu menyumdan çıxarmışam. Əti yumurta ilə əvəz edirəm. Yayda yəqin ki, daha çox arıqlayacağam. Hazırda neçə kilo olduğumu demək istəmirəm. Amma nəzərdə tutduğum bir çəki var, mütləq o çəkiyə düşməliyəm”.

Cəvahir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm