Nigar Camal sayt yaratdı
Bizi izləyin

Magazin1

Nigar Camal sayt yaratdı

Azərbaycana “Eurovision” qalibiyyətinin sevincini yaşadan müğənni Nigar Camal rəsmi internet saytını izləyicilərinin ixtiyarına verib.

Publika.az xəbər verir ki, 5 bölmədən ibarət saytda Nigar Camalla bağlı ətraflı məlumat yerləşdirilib. Buradan onun ən son fotosessiya və kliplərini izləmək mümkün olacaq.

Nigar çəkdirdiyi yeni fotosessiyasını və yeni klipini artıq öz saytına yerləşdirib.

Müğənninin yeni klipi “Hər halda” adlanır. Bu, müğənninin Türkiyə musiqi bazarına ilk debüt işidir.

Qeyd edək ki, yeni saytın müəyyən çatışmazlıqları da var. Belə ki, saytda xəbər bölməsi yoxdur. Halbuki əksər dünya ulduzları öz saytlarını yaradarkən məhz bu bölməyə diqqət yetirir. Onlar özlərinə aid məlumatı təhrif olunmamış formada məhz bu bölmədə yerləşdirirlər.

İsa ŞÜKÜROV

Oxumağa davam et
Reklam
Reklam

Gündəm