Flora Kərimova Elgizin toyunda gəlinə irad tutdu – VİDEO
Bizi izləyin

Magazin1

Flora Kərimova Elgizin toyunda gəlinə irad tutdu – VİDEO

Məşhur teleaparıcı Elgiz Əkbərin Əsmər adlı xanımla toyu hələ də diqqət mərkəzindədir. Əksər şou nümayəndələrinin iştirak etdiyi xeyir iş bir sıra maraqlı məqamları ilə yadda qalıb.

Diqqətçəkən məqamlardan biri də gəlinin toyda özünü aparması ilə bağlı olub. Belə ki, öz toyunda ciddi oturması və çox nadir hallarda gülümsəməsi onun ağırtəbiətli olması ilə izah edilsə də, gəlinin davranışı dəvətliləri narahat edib.

Publika.az xəbər verir ki, bu, Flora Kərimovanın da diqqətindən yayınmayıb. Səhnəyə çıxaraq yeni evlənənlərə ürək sözlərini deyən xalq artisti Flora Kərimova gəlinə irad da tutub:

“Ay qızım, qurban olum, nə olar, bir az gülümsə”.

Toyun ən maraqlı məqamı isə gəlin və bəyin lirik mahnı sədaları altında rəqsi olub.

İsa Şükürov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm