Elgiz - Xoşqədəm cütlüyünün dağılmasının arxasındakı MÜƏMMA
Bizi izləyin

Magazin1

Elgiz - Xoşqədəm cütlüyünün dağılmasının arxasındakı MÜƏMMA

Teleaparıcı Elgiz Əkbər ötən gün Xoşqədəm Hidayətqızı ilə birlikdə təqdim etdiyi “Sən tək deyilsən” verilişindən imtina edib.

Publika.az-ın əldə etdiyi məlumata görə, dünən verilişdən sonra iki aparıcı arasında qalmaqal yaşanıb. Bir-birinə kəskin atmacalar atan aparıcıların mübahisəsi birinin – Elgiz Əkbərin verilişdən imtina etməsi ilə nəticələnib.

Məsələyə aydınlıq gətirmək üçün Elgiz Əəkbərə müraciət etdik.

Publika.az-a müsahibə verən Elgiz olaya belə aydınlıq gətirib.

- Elgiz, hələ “Sən tək deyilsən” verilişi efirə yayımlanmazdan öncə, anonslar getdiyi zaman telekanal rəhbərliyi tərəfindən proqramı səninlə Xoşqədəm Hidayətqızının birgə aparacağına qərar verilmişdi. Bəs necə oldu ki, birdən-birə verilişi tərk etməli oldun?

- Əslində, bu, mənim öz qərarım oldu. Çünki fiziki gücüm davam etməyə imkan vermədi, çox yorulmuşdum. Buna görə də qabaqcadan belə addım atmağa qərar verdim. Bir də ki yeni layihə hazırlamışam. İkisini eyni vaxtda idarə etmək mənə çətinlik yaradacaqdı.

- Söhbət “Adam içində” layihəsindən gedir?

- Yox, “Adam içində” daha olmayacaq və başqa bir layihəyə başlayacağam. Bu barədə danışmaq istəmirəm.

- Bəs “Sən tək deyilsən” verilişini aparmağa fiziki gücünün yetməyəcəyini bilirdinsə, niyə razılıq verirdin?

- Bilmirdim. Sonradan başa düşdüm ki, çətin olacaq.

- Elə bir verilişdən sonra bunu anladın?

- Mən elə bilirdim bunu bacaracağam.

- Bəs telekanal rəhbərliyi sənə buna görə irad tutmadı?

- Yox, çünki bu iş mənə könüllülük prinsipi əsasında tapşırılıb. Bizim telekanalda heç kim heç kimə güc, zor tətbiq etmir. Xoşqədəm Hidayətqızında səhərdən axşama qədər veriliş aparmaq üçün potensial var. Həm də iddialıdır. Amma məndə o qədər fiziki güc yoxdur. Beynimi çox yormaq istəmirəm.

- Doğrudurmu ki, verilişdən sonra aranızda ciddi söz-söhbət, qalmaqal yaşanıb…

- ...

- Yeni layihəndən danışmaq istəmirsən. Barı, de görək, Xoşqədəm Hidayətqızının verilişi ilə toqquşmayacaqsınız ki?

- Xoşqədəmlə yox, amma başqasıyla toqquşacağam. Bu veriliş teleməkanda şok yaradacaq.

- Nə vaxtdan yayımlanacaq?

- Gələn həftənin birinci günü.

Cəvahir Səlimqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm