Bakıda ən böyük “Pijama Party”yə qeydiyyat başladı
Bizi izləyin

Magazin1

Bakıda ən böyük “Pijama Party”yə qeydiyyat başladı

Paytaxt Bakıda Avropanın ən məşhur əyləncə şoularından biri olan “Pijama Party”nin keçirilməsinə sayılı günlər qalır.

Publika.az xəbər verir ki, Bakıda keçiriləcək ən böyük “Pijama Party”nin şərtləri məlum olub. Belə ki, girişin pulsuz olmasına baxmayaraq, gələn qonaqlar əvvəlcədən müəyyən qaydalara riayət etməlidirlər. Çünki tədbirin keçiriləcəyi məkana yalnız qeydiyyatdan keçən və siyahıda adı olan şəxslərə icazə veriləcək. “Dress-code”, yəni geyimə ciddi nəzarət ediləcək. Heç kimə qaydalardan kənara çıxmağa imkan verilməyəcək. Artıq “Pijama Party”nin proqramı da bəllidir. Tədbirdə Cənubi Amerika rəqsləri, yarışlar, qısa animasiya filmləri, karaoke təşkil olunacaq. Tədbirin Dj qonağı isə Bakının klub həyatında yetərincə tanınan, 1-ci Avropa Oyunlarının səfiri olan DJ Shock-dur.

“Pijama Party”nin sonunda isə təşkilatçılar möhtəşəm Yastıq Savaşı vəd edir. Yerlər məhduddur. Adınızı qeydiyyatdan keçirin və partiyə qatılın. Pijamanızı geyinməyi unutmayın.

Qeyd edək ki, içəri giriş yalnız pijamada olacaq. Əks halda, məkana giriş qadağandır.

İsa Şükürov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm