Səidədən Mehribana: “Əxlaqsız qadın obrazıdır”
Bizi izləyin

Magazin1

Səidədən Mehribana: “Əxlaqsız qadın obrazıdır”

Ötən gün “Maşın şou”da yaşananlar bu gün “Əsl şou” verilişində də müzakirə olunub.

Verilişin qonağı olan radio DJ Kazım Sübhan aktrisa Mehriban Xanlarovanın hərəkətlərini qınayıb:

“Veriliş boyu fikirləşdim ki, bu aktrisanın bir obrazı yadıma düşsün, düşmədi. Amma Aygün xanımın adını çəksən, istənilən adam onun ən azı 20 mahnısının adını çəkə bilər. O, teatr səhnəsi ilə şounu səhv salmışdı”.

Ən sərt fikirlə isə verilişin aparıcısı, müğənni Səidə Sultan çıxış edib.

“Mehriban xanımın bir obrazı yadımdadır. O da əxlaqsız qadın obrazıdır. Mən əslində o cür davranışın qarşısında Aygün xanım kimi sakit dura bilməzdim. Məni tanıyanlar bilir. Onu elə oturdardım yerində. Belə insanlar həyatda heç nəyə nail olmayan, həyatda yarımayan insanlardır. Kimdəsə var, onda yoxdur deyə insanlara qarşı aqressivdirlər”.

Qeyd edək ki, “Əsl şou” verilişi həftə içi 5 gün saat 11:00-da Novruz İsmayıl və Səidə Sultanın təqdimatında “Space” telekanalında yayımlanır.

İsa Şükürov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm