Cabir Abdullayev: “Deyəcək ki, paxıllığımı çəkir”
Bizi izləyin

Magazin1

Cabir Abdullayev: “Deyəcək ki, paxıllığımı çəkir”

Əməkdar artist Cabir Abdullayev səsi olmayan, amma efirlərdə at oynadan həmkarlarından giley-güzar edib.

Publika.az-ın məlumatına görə, tanınmış xanəndə “Space”-in “Günaydın” verilişində qonaq olarkən səmimi etiraflar edib: “Əsl sənətkarlar hər zaman abır-həyası ilə seçilib. Mən özüm haqqında demirəm, sənətkarlarımızı nəzərdə tuturam. Etiraf edim ki, bəzən ürəyimizdən keçməsə də, yalandan kimisə tərifləmək məcburiyyətində qalırıq. Çünki nəsə pis söz deyəcəyik, gedib orda-burda danışacaq ki, filan sənətkar paxıllığımı çəkir. Nəinki biz onları, əslində onlar bizi sıxışdırır. Sənət adamı özü başa düşməlidir ki, sənəti var, ya yox”.

Qeyd edək ki, “Günaydın” verilişi həftə içi 5 gün saat 14:20-də Vüsalə Kərimovanın təqdimatında “Space” telekanalında yayımlanır.

Cəvahir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm