“Azəri balasıyam” yeni aranjemanda - VİDEO
Bizi izləyin

Magazin1

“Azəri balasıyam” yeni aranjemanda - VİDEO

Xalq artisti Səməd Səmədov mərhum bəstəkar Elxan Rəhimovun bəstələdiyi “Azəri balasıyam” adlı mahnıya klip çəkdirib. Publika.az-a açıqlama verən xalq artisti bildirib ki, ekran işi bir müddət öncə hazır olsa da, “Bakı- 2015” Avropa Oyunları ilə əlaqədar olaraq bu gün təqdim edib: “Bu mahnını 15 il öncə ifa etmişdim. Dinləyicilərin istəyini nəzərə alıb, yeni aranjemanda ifa etdim. Daha sonra isə qərara aldım ki, bu bəstəyə klip çəkdirim. Hər kəsə məlumdur ki, bu yaxınlarda Azərbaycanda Avropa Oyunları keçiriləcək. Artıq bir aydan da az vaxt qalıb. Dünyanın bir çox ölkələrindən Azərbaycana idmançılar gələcək. Mən də bir müğənni kimi Avropa Oyunlarına bir töhfəm olsun. Klipdə paytaxtımızın tarixi məkanları əks olunub”.

Qeyd edək ki, “Azəri balasıyam” adlı klipin rejissoru Əli, prodüseri Rövşən Cəfərovdur.

S.Səmədovun “Azəri balasıyam” adlı klipini təqdim edirik.

İsa Şükürov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm