• USD 1,7369 +0,17% EUR 1,8625 -0,14%
    • GBP 2,1995 -0,47% RUB 0,0272 +0,37%

Ayan: “Azis səhnəni kiminlə paylaşacağını bilir”

  • Magazin1
  • 13 May 2015 13:15
  • 631 Baxış
Ayan: “Azis səhnəni kiminlə paylaşacağını bilir”

Müğənni Ayan Babakişiyevanın iyulun 25-də dünya şöhrətli Azislə səhnəni paylaşacağı barədə məlumat vermişdik. Hazırlıqları başlayan konsert layihəsinin detalları açıqlanmasa da, təşkilatçı Samir Xəttab və müğənni Ayan xanım sürprizlərin olacağına söz verib. Xanım sənətçidən “Azis səhnəni kiminlə paylaşacağını bilir?” sualına belə cavab verdi:

“Azislə birgə konsertə tərəddüdsüz razılıq verdim. Çoxdan belə bir layihədə iştirakı düşünürdüm. Azisin səhnəni kiminlə payalaşacağından xəbəri var. Bakıya gələndə bir-birimizi əyani olaraq da tanıyarıq. Ümumiyyətlə, insanı oriyentasiyasına görə qiymətləndirmək düzgün deyil. Əsas odur ki, onun mahnılarına görə, milyonlarla dinləyicisi, sevəni var. Mən də onun yaradıcılığını sevənlərdən biriyəm”.

Ayan xanım konsert üçün qeyri-adi geyimlər hazırlandığını və tamaşaçısının onu bu imicdə ilk dəfə görəcəyini diqqətə çatdırdı.

İsa Şükürov

Xəbər lenti

DAHA ÇOX XƏBƏR