Safura Əliyeva oğlunun 1 yaşını qeyd etdi – FOTOLAR
Bizi izləyin

Magazin1

Safura Əliyeva oğlunun 1 yaşını qeyd etdi – FOTOLAR

Sənaye və energetika naziri Natiq Əliyevin oğlu Fərhad Əliyev ilə ailə qurduqda müğənnilik karyerasına son qoyan müğənni, 2010-cu ildə “Eurovision” təmsilçimiz Safura Əlizadə təmtəraqlı şəkildə 1 yaşlı oğluna doğum günü şənliyi keçirib.

Müğənni biznesmen Fərhad Əliyev ilə 2013-cü ilin yayında ailə qurub. Və hal-hazırda cütlük İstanbulda yaşayır.

Publika.az 1news.az-a istinadən xəbər verir ki, müğənni hazırda çox xoşbəxtdir:

“Mən xoşbəxtəm! Məni sevən həyat yoldaşım, sevimli ailəm və isti ocağım var. Mənim xoşbəxtliyim üçün ailəmin artımından başqa heç nəyə ehtiyacım yoxdur”.

Xatırladaq ki, son iki ildə bu, müğənninin mətbuata verdiyi ilk müsahibədir.

Safura oğlunun bir yaşı ilə sünnətini eyni günə salıb. Mərasimdə ailənin ən yaxın dostları və doğmaları iştirak edib.

Səbəbkar olan İskəndərin məclisi mehriban ab-havada keçib.

Publika.az şənlikdən fotoları təqdim edir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm