Abbas Bağırov Pişik Güneli belə məyus etdi - VİDEO
Bizi izləyin

Magazin1

Abbas Bağırov Pişik Güneli belə məyus etdi - VİDEO

ANS-in efirində yayımlanan "Maşın" realiti-şousunda daha bir müğənni üçün nağıl bitdi.

Şouda əməkdar artist Abbas Bağırov və müğənni Günel Ələkbərov arasında gedən gərgin mübarizə ikinci tərəfin məğlubiyyəti ilə nəticələndi.

Belə ki, Abbas Bağırov tamaşaçıların 63,85 faiz dəstəyini alaraq şouda qalmaq şansı əldə edib. Kürsüyə yaxınlaşan əməkdar artist əvvəlcədən açıqladığı hədəf - Günel Ələkbərovanı oyundan kənarlaşdırıb.

Qeyd edək ki, mayın 13-də realiti-şou başlayan andan Abbas Bağırov Günel Ələkbərovanı hədəf seçdiyini açıqlamışdı. Müğənnilər veriliş boyu bir-birlərini sərt şəkildə hədələdilər. Hətta meyxanaçı Rəşad Dağlı da bəyan etdi ki, Abbas Bağırov uduzsa, onun yarımçıq qalmış işini o bitirəcək. Yəni növbəti verilişlərdə Günel Ələkbərovanı şəxsən kənarlaşdıracaq.

Onu da bildirək ki, iştirakçıların əksəriyyəti Abbas Bağırovun qalib gəlməsi üçün öz pərəstişkarlarına səslənmişdi.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm