3 gün muzey və qoruqlara giriş pulsuz olacaq
Bizi izləyin

Magazin1

3 gün muzey və qoruqlara giriş pulsuz olacaq

Beynəlxalq Muzeylər Şurasının təşəbbüsü ilə 1977-ci ildən başlayaraq 18 may tarixi bütün dünyada Beynəlxalq Muzeylər Günü kimi qeyd olunur. Beynəlxalq Muzeylər Gününün keçirilməsində əsas məqsəd ictimaiyyətin diqqətini muzeylərin vəziyyətinə, burada nümayiş etdirilən eksponat və tarixi nümunələrə cəlb etməkdir. Bu bayram xalqlar arasında mədəni mübadiləyə, muzeylər arasında əməkdaşlığın inkişafına xidmət edir.

Mədəniyyət və Turizm Nazirliyindən Publika.az-a verilən məlumata görə, 18 may Beynəlxalq Muzeylər Günü münasibətilə cari ilin 16, 17 və 18 may tarixlərində muzeylərdə və qoruqlarda "Açıq Qapı" günü elan edilmişdir. Həmin gün mədəniyyət ocaqlarına giriş pulsuzdur.

Publika.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm