Musiqili Teatrda premyera olacaq
Bizi izləyin

Magazin1

Musiqili Teatrda premyera olacaq

Mayın 16-da saat 12.00-da Dövlət Musiqili Teatrında mövsümün növbəti premyerası olacaq.

Teatrdan Publika.az-a verilən məlumata görə, “Dəcəl çəpişlər” adlı tamaşa Mikayıl Müşfiqin məşhur “Şəngülüm, Şüngülüm, Məngülüm” əsərinin motivləri əsasında hazırlanıb. Yeni səhnə əsərinin musiqisi uşaqların sevimli bəstəkarı, xalq artisti Oktay Zülfüqarova, liberottosu Ramiz Heydərə məxsusdur. Tamaşanın quruluşçu-rejissoru Əhəd Hacıyevdir.

“Dəcəl çəpişlər” 1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Gününə Musiqili Teatrın gözəl bir hədiyyəsi olacaq. Premyeraya uşaq evlərindən balaca tamaşaçılar, imkansız ailələrin övladları və fiziki qüsurlu uşaqlar da dəvət olunacaq.

Qeyd edək ki, tamaşanın rejissor-assistenti Elməddin Dadaşov, geyim üzrə rəssamı Yelena Almazova, quruluşçu-baletmeystləri Leyla və Zakir Ağayevlərdir.

Tamaşada rolları aktyorlar Şaban Cəfərov, Güldanə Əzimova, Elçin İmanov, Gülçöhrə və Gülnarə Abdullayevalar, Ağaxan Şərifov, Mehriban Zalıyeva və başqaları ifa edirlər.

Cəvahir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm