Meyxanaçı Samirənin ən intim sirri açıldı – VİDEO
Bizi izləyin

Magazin1

Meyxanaçı Samirənin ən intim sirri açıldı – VİDEO

“Mənim haqqımda nə var idisə, hamısını açdı-tökdü. Mən heç belə gözləməzdim”.

Meyxanaçı Samirə Yusifqızının bu sözləri deməsinə səbəb onun qonağı olduğu “Məchulu tapın” verlişində xiromant Vahid Məcidovun dedikləri oldu. Xiromantın Samirənin “sevgi lənətinə” məruz qaldığını və bunun övladlarına da keçməsi fikrini heyrətlə təsdiqlədi. Samirə bildirdi ki, bu “sevgi lənəti” onun övladlarından da yan keçməyib. Vahid Məcidovun "bu “sevgi lənəti” çıxarılmazsa, yeddi nəsil davam edə bilər" fikri isə xanım meyxanaçını əməlli-başlı qorxutdu.

Xiromant meyxanaçının kişi xarakteli və təcrübəli bir insan olduğunu da vurğuladı. Sevgi həyatını isə belə açıqladı: “Xanım sevgisini 19-20 yaşlarında birləşdirib. Bundan öncə onu xarici vətəndaş sevib. Amma ailəsi onunla evlənməyə imkan verməyib. Bundan başqa xanım iki qardaşı da sevib. Amma bu sevgisi də alınmayıb. Bunda “sevgi lənəti” var”.

Vahid Məcidov məchul qonağını tüstü içərisində gördü. Bunu isə onun kişilər ilə işbirliyinin olması və ya özünün siqaret çəkməsi ilə izah etdi. Xiromat ehtimal etdi ki, bu xanım - meyxanaçıdır.


Oxumağa davam et
Reklam
Reklam

Gündəm