İzzət Bağırov: “Gicəm, başdan xarabam”
Bizi izləyin

Magazin1

İzzət Bağırov: “Gicəm, başdan xarabam”

“Günaydın” verilişinin qonağı olan müğənni İzzət Bağırov kəmhövsələ olduğundan danışıb: ”Amma baxır harda və kiminlədir. Olduğum məkan mənim səbrimə təsir edib”.

Hətta ifaçı özünün səbrini iki hissəyə bölür: “Kollektivlə toyda olanda çox səbirli oluram. Mən deyə bilmərəm ki, səbrim yoxdur, gicəm, mən başdan xarabam. Bunu da gülərək deyirəm. Amma bəzən elə haqsızlıqla üzləşirsən ki, mərdi qova-qova namərd edirlər. İnsanın səbrindən də sui-istifadə etmək düzgün deyil. Elələri var ki, səbrimizdən istifadə edir, hələ boynumuza minir. Üstəlik, “hoşa” da deyir. Belə olmaz!”

Qeyd edək ki, “Günaydın” verilişi həftə içi 5 gün saat 14:20-də Vüsalə Kərimovanın təqdimatında “Space” telekanalında yayımlanır.

İsa Şükürov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm