Magazin1
Türkiyəli məşhurlardan Elnura dəstək – VİDEO
Türkiyəli bir sıra məşhur simalar Azərbaycanı "Eurovision-2015"də təmsil edən Elnur Hüseynova dəstək videosu hazırlayıblar.
Videoda tanınmış aparıcı-prodüser və TV8 telekanalının rəhbəri Acun
Ilıcalı, aktyor Alper Kul, Fatma Toptaş, müğənni Fettah Can, Sefa
Doğanay, Suzan Kardeş, Şebnem Bozoklu kimi tanınmışlar "Sonuna
qədər Azərbaycan, Elnura tam dəstək" söyləyiblər.
Çıxışlarında Azərbaycanla yanaşı, Türkiyənin də adından yarışdığını
bildirən ifaçının səhnə performansının xüsusi mənası var.
Belə ki, "Hour of the wolf" mahnısının "qəhrəmanı" vəhşi və yalnız
qurddur. O, öz səsiylə gücünü göstərmək istəyir. İfaçının yanında
rəqs edən qadın və kişi qurdun hərəkətlərini yamsılayacaqlar. Qurd
kimi boz rəngdə geyinən rəqqaslar dalaşmaq istəyərkən Elnur onlar
arasında barışdırıcı mövqedə duracaq. Səhnədə bədirlənmiş ayın
təsviri də qurdun zamanının gəldiyinə işarədir. E.Hüseynovun
çıxışının sonunda isə səhnədə ağ göyərçin görünəcək.
Təmsilçimizin əsas məqsədi mahnının ideyasını, yəni, “hər ürək üçün
vuruşmaq lazımdır” mesajını Avropa auditoriyasına çatdırmaqdır.
Qeyd edək ki, Elnur Hüseynov mayın 21-də "Eurovision 2015” mahnı
müsabiqəsinin ikinci yarımfinalında 11-ci sırada "Hour of the Wolf”
mahnısı ilə çıxış edəcək.
-
Magazin100:45
Könül Kərimova estetik əməliyyat etdirdi - FOTO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: qarşıdurmalar ola bilər
-
Sosial25 Aprel 23:48
Bakıda ayıq sürücü müştərinin "Land Rover”indən oğurluq etdi
-
Səhiyyə25 Aprel 23:12
Onkoloqdan XƏBƏRDARLIQ: bu xəstəliklər xərçəngə çevrilə bilər
-
Magazin125 Aprel 22:48
Müşfiq Musanın məşhur mahnısını oxudu - VİDEO
-
Magazin125 Aprel 22:00
Firuzə İbadova həmin xəbəri TƏKZİB ETDİ: "Onun ruhu şad olsun deyə..."
-
Sosial25 Aprel 21:24
Bakıda qızı açıq-saçıq geyiminə görə mağazadan qovdular - VİDEO
-
İnanc25 Aprel 20:24
Ağdam Cümə məscidində ilk Azan - VİDEO