Magazin1
Nadir Qafarzadə: “Oğlum evlənir” – VİDEO
Müğənni Nadir Qafarzadə yaradıcılığındakı yeniliyi təqdim edib. Publika.az-a açıqlama verən ifaçı bildirib ki, söz və musiqisi bəstəkar-ifaçı Samir Vidaya məxsus “Oğlum evlənir” adlı bəstəni oxuyub:
“Bəstəyə ilk dəfə qulaq asan kimi bəyəndim. Mahnını oxuyan zaman
isə qəribə hisslər keçirdim. Elə bildim ki, sanki oğlumun toyunda
oxuyuram. Hər bir valideynin arzusudur ki, övlad toyu görsün. Allah
hamının balasını saxlasın. Bildiyiniz kimi, mənim də iki oğlum var.
İstəyirəm ki, Allah ömür versin ki, iki oğlumun toyunu görüm.
Valideyn kimi öz üzərimə düşən nə varsa onlar üçün etmişəm. Bundan
sonra da etməyə hazıram. Hazırda böyük oğlum xarici ölkədə təhsil
alır, bir neçə il sonra isə ailə qurmaq barədə düşünəcək. Mən də
istəyirəm ki, oğlum evlənsin, nəvəm olsun. Düşünürəm ki, bunlar çox
gözəl hisslərdir”.
Qeyd edək ki, bu, N.Qafarzadənin Samir Vida ilə ilk işbirliyi
deyil. Belə ki, N.Qafarzadə müğənni Ayan Babakişiyeva ilə birlikdə
Samirin bəstəsi olan “Sənin üçün” mahnısını ifa edib. Həmin bəstə
isə 2014-cü ildə azərbaycanlı müğənnilər arasında sosial şəbəkədə
ən çox baxış sayı yığan duet olub.
N.Qafarzadənin ifasında “Oğlum evlənir” adlı bəstəni təqdim
edirik.
İsa Şükürov
-
Sağlamlıq07:10
Yabanı halda bitən bu bitki xərçəng hüceyrələrini 48 saatda məhv edir!
-
İdman06:40
Bellinqem bu gözəllə münasibətə başladı - FOTOLAR
-
Ekopublika.az06:10
Bakıda taksi qiymətləri BAHALAŞDI - SƏBƏB
-
Sağlamlıq02:19
Qadınlarda sonsuzluğa və tüklənməyə səbəb olan nadir sindrom
-
Sosial01:45
Keçmiş məcburi köçkünlərin evləri satışa çıxarılır - QİYMƏTLƏR
-
Nəqliyyat01:30
Qazaxın Aşağı Əskipara kəndinə gedən yol açıldı
-
MDB01:15
Rusiya BMT TŞ-nin qətnaməsinə veto qoydu
-
MDB01:00
Şoyqu İvanovu vəzifəsindən uzaqlaşdırdı