
Müğənni və teleaparıcı Vüsalə Rəcova yaxın zamanda açıq səma altında konsert verəcək.
Bu barədə Publika.az-a müğənni özü məlumat verib:
“Həm xaricdə, həm respublikada konsert layihələrim nəzərdə tutulub. İlk olaraq açıq havada konsert verəcəyəm. Düşünürəm ki, yaz fəslində insanları bağlı məkandan çox, açıq havada musiqi ilə salamlamaq daha maraqlıdır”.
Konsert üçün repertuar hazırlıqlarına başlayan sənətçinin seçimi fərqli olacaq. Müğənni konsertində həm xalq, həm klassik, həm də bəstəkar mahnıları ifa edəcək.
Cəvahir