Aygün Bayramova payızda konsert verəcək
Bizi izləyin

Magazin1

Aygün Bayramova payızda konsert verəcək

Xalq artisti Aygün Bayramova Azərbaycanda keçiriləcək ilk Avropa Oyunları ilə əlaqədar yay aylarında konsert verməyəcək. Publika.az-a açıqlama verən müğənni bildirib ki, payızda konsert proqramı ilə çıxış edəcək:

“Azərbaycanda keçiriləcək Avropa Oyunları ilə əlaqədar olaraq yay aylarında konsert verməyəcəyəm. Ancaq konsert bu ilin planına daxildir. Müğənni konsert verməlidir. Növbəti konserti payızda verməyi düşünürəm”.

Avropa Oyunlarına xüsusi həvəslə hazırlaşan ifaçı hətta istirahətinə belə vaxt ayırmadığını bildirib:

“Yayda həm də istirahət etmək lazımdır. Amma inanın, o qədər Avropa Oyunlarının həvəsindəyəm ki, heç yayı harada dincələcəyimi də bilmirəm. İstirahət hər zaman var. Əsas odur ki, bu oyunları layiqli şəkildə yola salaq”.

İsa Şükürov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm