Məşhur qarmon ifaçısı indi qutab satır – FOTOLAR
Bizi izləyin

Magazin1

Məşhur qarmon ifaçısı indi qutab satır – FOTOLAR

“Əsl şou“ verilişi hər gün olduğu kimi bu gün də məzəli və maraqlı anlarla yadda qalıb. Verilişin qonağı məşhur qarmon ifaçısı Gövhər Rzayeva canlı yayımda göy qutabı bişirib. Elə bu vaxt studiyaya bir kişi girərək qutab almaq istəyib. Özünü itirməyən aparıcılar vəziyyətdən öz xeyirlərinə də istifadə ediblər. Cəld tərpənən Səidə Sultan hətta qarmon ifaçısının bişirdiyi 2 qutabı 100 manata satıb.

Qeyd edək ki, “Əsl şou” verilişi həftə içi 5 gün saat 11:00-da Elgün Camal və Səidə Sultanın təqdimatında “Space” telekanalında yayımlanır.

Publika.az verilişdən fotoları təqdim edir.

İsa Şükürov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm