Vüsalə Kərimova: “Belələrinə verilişimdə yer yoxdu”
Bizi izləyin

Magazin1

Vüsalə Kərimova: “Belələrinə verilişimdə yer yoxdu”

Tanınmışların verilişlərə tək qatılmaq istəyi bu gün “Günaydın” verilişində müzakirə olunub. Publika.az xəbər verir ki, verilişin aparıcısı Vüsalə Kərimova bəzi məşhurların verilişlərə tək qatılmaq istəyini əməkdar artist Elza Seyidcahan, müğənni Aslan və rəqqasə Oskana Rəsulova ilə birgə müzakirə edib.

O, belələrinə birbaşa ismarış göndərib:

“Mən özüm də hər hansı bir verilişə dəvət olunanda, qonaqların kimliyi ilə maraqlanıram. Bu, ayrı məsələdir. Amma verilişdə tək olmaq istəyi ilə çıxış edən dostlarım da var. Baxmayaraq ki, dostlarımdır, amma elə insanlara mənim verilişimdə yer yoxdur!”

Daha sonra əməkdar artist Elza Seyidcahan da həmin sənətçiləri qınayıb.

“Elələri həyatda da tək qalan insanlardır. Hətta anam televizorda gördüyü bir xanım sənətçinin dəli olub-olmadığını soruşdu. Cavab verdim ki, dəli olmayıb, ulduz xəstəliyinə tutulub. İnsan sənəti ilə qabağa getməlidir”.

Müğənni Aslan isə elə insanlardan ehtiyatlı olmağı məsləhət görüb:

“Belə bir məsəl var ki, dağdan enən, sonradan görən və dinindən dönən insanlardan qorxun. Bizim sənətdə isə sonradan görənlər çoxluq təşkil edir. Bu insanların elementar bilik səviyyəsi yoxdur. Danışanda isə deyir ki, mən dünyanı gəzmişəm.

Oksana Rəsulova isə getdiyi məkanla əvvəlcədən maraqlandığını bildirib:

“Vüsalə xanım, mən yalnız bir dəfə, sizin verilişə ilk dəfə dəvət olunanda qonaqların kimliyi ilə maraqlanmışam. O vaxtdan bu günə kimi bir dəfə də olsun, qonaqları soruşmamışam. Bunu sizin redaktorlar da təsdiq edə bilər. Bura əminliklə gəlirəm. Çünki sizi tanıyıram. Amma elə verilişlər olur ki, 50 dəfə soruşuram. Hətta yalan deyənlər olur. Verilişdə sürpriz ilə rastlaşıram. Ümumiyyətlə, düşmənçiliyim olmasa da, istəməzdim məni gözü götürməyən insanlarla eyni verilişdə olum”.

İsa Şükürov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm