“Öz aramızda”da reytinq oyunu: Zaur hara getdi? (YENİLƏNİB)
Bizi izləyin

Magazin1

“Öz aramızda”da reytinq oyunu: Zaur hara getdi? (YENİLƏNİB)

ATV telekanalının ən baxımlı verilişlərindən biri olan “Öz aramızda”nın bağlanması haqda xəbər bir anın içində yerli mediada yayıldı. Teleaparıcı efirdə piar gediş edərək verilişinin bağlanmasına eyham vuran fənd işlətdi.

Əlbəttə, bütün bu addımlar televiziyanın reytinq marağına, söz-söhbətə, tamaşaçı diqqətini özündə saxlamağa yönələn “xüsusi oyun”dur.

Publika.az ATV telekanalındakı etibarlı mənbə ilə əlaqə saxlayaraq məsələni araşdırıb. Əldə etdiyimiz məlumata görə, Zaur Baxşəliyevin verilişinin bağlanması haqqında, ümumiyyətlə, söhbət getməyib. Zaur özü də efirdən verilişin bağlanması haqda bir söz deməyib. Veriliş bağlansaydı, əvvəlcədən söz-söhbət gedərdi. Verilişin bağlanması 1 gün içində həll olunan məsələ deyil. Söhbət verilişdəki hansısa dəyişiklikdən gedə bilər. Azərbaycan teleməkanında reytinq uğrunda aparıcıların bu kimi üsullara əl atması isə yenilik deyil.

"Öz aramızda" və Xoşqədəm Hidayətqızının təqdimatındakı "Sən tək deyilsən" verilişinin formatı, hətta efir vaxtlarının üst-üstə düşməsi, ola bilsin ki, reytinq savaşını daha da alovlandırıb və aparıcını belə bir addım atmağa təhrik edib.

Son məlumata görə, Zaur verilişin sonunda müəmmalı açıqlama ilə studiyanı tərk edib. O, bundan sonra proqramı aparmayacağını elan edib, həyat yoldaşı Günayı studiyaya dəvət edəndən sonra əşyalarını da götürərək gedib.

Jalə Ağayeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm