"Maşın" şouda dava düşdü - FOTO
Bizi izləyin

Magazin1

"Maşın" şouda dava düşdü - FOTO

ANS-in efirində yayımlanan ən reytinqli "Maşın" realiti-şousunda heç kimin gözləmədiyi anda böyük qalmaqal olub.

Qalmaqal müğənni Xatirə İslam və əməkdar artist Mehriban Xanlarova arasında baş verib.

Belə ki, Xatirə İslam aktrisanı yalandan ağlamaqda ittiham edib: "Sən 2003-cü ildə "Yaguar" sürəndə çoxunun maşını yox idi. Başa düşmürəm, siz niyə ağlayırsız?"

Mehriban Xanlarovanın isə müğənniyə cavabı gecikmədi: "Nə oldu sənə Xatirə? Bu gün mənim səninlə işim olmadı axı? Belədi ki, mən "Yaguar" sürəndə, ola bilsin sən "zaporoje" sürmüsen".

Bu sözlərdən əsəbilərini cilovlaya bilməyən Xatirə İslam deyib ki, siz 12 il qabaq bahalı maşın sürəndə mən avtobusla gəzirdim: "Belə də ki, bura xeyriyyə verilişi deyil, ağlamaq lazım deyil. Bu oyunda iştirak edenlərin hamısının maşına ehtiyacı var. Buradakıların çoxu toylara birlikdı getdiyim dostlarımdır. Onlar üçün mən ölömə gedərəm. İlk gündən onlara tapşırdım ki, Mehribanla işiniz olmasın. Üçlüyə səninlə qalsam, səxsən mən əlimi maşından götürüb gedərəm. Mən onlarla dostam deyə elə bilirsen ki, onlar arasında baş verənlərdən xəbərdaram. Mehriban, sən düz danışmırsan".













Oxumağa davam et
Reklam
Reklam

Gündəm