"Maşın" şouda ŞOK - VİDEO
Bizi izləyin

Magazin1

"Maşın" şouda ŞOK - VİDEO

"Daha bir nağıl" devizi ilə ANS-də yayımlanan "Maşın" realiti-şouda bu gecənin nağılı Abbas Bağırov üçün bitdi.

ANS PRESS-in məlumatına görə, Aşıq Əli (Əli Tapdıq oğlu) 87,20% səslə oyunda qaldı. O, heç kimin gözləmədiyi halda Xatirə İslamın adını çəkdikdə, Abbas Bağırov əlini maşından çəkərək Murad Dadaşovun yanına gəldi.

A.Bağırov X.İslamın çıxarılmasına imkan vermədì. Aşıq Əli onun bu addımını qəbul edib fikrini dəyişdi və Xatirə İslam oyunda qaldı, Abbas Bağırov üçün isə "maşın əldən getdi".

Qeyd edək ki, əməkdar artist Murad Dadaşovun müəllifi və aparıcısı olduğu şouda qutuya daha çox Aşıq Əlinin şəkli atılmışdı. Aşıq Əli ona qarşı aparılan oyundan, yəni fotosunun atılmasından xəbərsiz olduğunu demişdi. Mehriban Xanlarova isə onun bu sözlərinə etiraz etmişdi: "Başımı kəssələr də, inanmaram. Belə danışmağa əsasım var".

Oyunun sonuna qədər Aşıq Əli səs toplayarsa, kimi çıxaracağını açıqlamamışdı. "İstənilən oyunçunu kənarlaşdıra bilərəm" deyərək, hamını nigaran qoydu.

Murad Dadaşov isə hesab edirdi ki, Aşıq Əlinin hədəfi Anar Ağakişiyevdir.

Mehriban Xanlarova özünün hədəf olduğunu ehtimal edib, tamasaçılara müraciət edərək Aşıq Əlinin getməsi üçün səs istədi. Lakin Aşıq Əli tamaşaçıların səsini toplayaraq oyunu davam etdirmek sansını qazandı.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm