• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Əlibaba Məmmədovu özündən çıxartdılar

  • Magazin1
  • 16 May 2015 18:30
  • 1 565 Baxış
Əlibaba Məmmədovu özündən çıxartdılar

Xalq artisti, ustad xanəndə Əlibaba Məmmədov Muğam Televiziya Müsabiqəsinə qatılan tələbələrindən giley-güzar edib.

Publika.az-a danışan sənətkar yarışmaya qatılan tələbələrinin məsuliyyətsiz olduğunu dilə gətirib: “Mənim aləmimdə əsl tələbə ustadın ağzından çıxan sözü göydə tutmalıdır. Məndən heç kim inciməsin, indiyə qədər məni qane edən yalnız iki tələbəm olub. Onlardan biri rəhmətlik Məmmədbağır Bağırzadə idi, o biri də Könül Qənbərova. Könül ailə qurdu və sənətdən uzaqlaşdı. O iki tələbəm öyrətdiklərimi birnəfəsə oxuyurdu. Mən onlarla həmişə fəxr etmişəm. Bu 50 ildə onlardan başqa heç bir tələbəm məni belə bəxtiyar eləməyib. Bu gün tələbələrimə bir muğamı dəfələrlə başa salıram, ancaq görürəm ki, qavraya bilmirlər, tənbəldirlər”.

Cəvahir

Xəbər lenti

DAHA ÇOX XƏBƏR