Günay İbrahimli: “Belə bir iddiam yoxdu” - FOTOLAR
Bizi izləyin

Magazin1

Günay İbrahimli: “Belə bir iddiam yoxdu” - FOTOLAR

Bu gün müğənni Günay İbrahimli "Hüzur" adlı klipinin və "Sənə bağlanıram" adlı yeni albomunun təqdimatını keçirib. Publika.az-ın mətbuat konfransında iştirak edən əməkdaşı xəbər verir ki, müğənni Türkiyənin "UKopuz Production" şirkəti ilə əməkdaşlıq edir və albom məhz Türkiyə şirkətinin məhsuludur.

Bu haqda ətraflı məlumatı müğənninin prodüseri Tamilla Hüseynəliyeva məlumat verib:

"Türkiyədə müğənnilər Zamiq ve Sevda da albom buraxıb. Amma bu, onlardan fərqlənir. Bu albom Türkiyənin bütün rəsmi qurumlarında qeydiyyata alınıb. 5 il sonra Günayın adının qarşısındakı sənətçi sözünü sənətkar sözü ilə əvəzləyəcəyəm".

Təqdimatda iştirak edən "UKopuz" musiqi şirkətinin rəhbəri Uğur Kopuz deyib ki, rəhbərlik etdiyi şirkət hər layihənin altına imza atmır:

"Hazırda çox irəli gedən layihələrin olmadığını görürük. Türkiyədə mənə bu ifaçı haqda Pərviz Sultansoy və xanımı məlumat verib. İngilis dilində olan albom olsaydı, bu qədər çətinlik çəkməzdik ki, bu albomda o qədər çətinlik çəkdik. Dilimiz eyni olsa da, fərqliliklər də çoxdur. Günayın ifasında heç bir problem yoxdur. Günayla işləməzdən əvvəl onun yaradıcılığı ilə tanış olduq. Və onun bir ulduz olduğunu anladıq. Günayın mahnılarının hüquqları artıq Türkiyənin müvafiq qurumu tərəfindən qorunur. Azərbaycanda bu işlər bir qədər zəifdir".

Uğur Kopuz təqdimatda Günay İbrahimliyə və prodüseri TamiLla xanıma Türkiyəni təmsil edən ay və ulduz hədiyyə etdi.

Rejissor Aqil M. Quliyev klipi 13 günə müğənniyə təhvil verib.

Mahnının söz və musiqisinin müəllifi Tural Bayraməliyev isə ilk dəfə olaraq təqdimat mərasimində iştirak edib.

"İndiyədək bir çox mahnılarım ifa olunub və kliplər çəkilib. Heç birində təqdimat mərasimində olmamışam. Amma bu gün Günaylayam. O mahnını olduğundan da gözəl ifa edib. Buna görə Günaya təşəkkür edirəm".

Klipin süjet xətti rejissora məxsusdur. Bu haqda danışan Günay deyib:

"Bu klipdə də evli bir kişi ilə eşq yaşayıram, "Sənə bağlanıram" klipimdə də oxşar ssenaridir. Hətta dedim bəlkə bu dəfə mən evli xanım olum. Amma Aqilə etibar etdim və ssenari ilə razılaşdım. Türkiyə şou biznesinə qatılmaq iddiam yoxdur. Və o biznesə qatılmaq istəmirəm".

İsa Şükürov

Foto:Rəşad Abbasov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm