Xalq artistinin ad günüdür
Bizi izləyin

Magazin1

Xalq artistinin ad günüdür

Bu gün xalq artisti, tanınmış rejissor Arif Qazıyevin ad günüdür.

Publika.az-ın məlumatına görə, Arif Qazıyev 1938-ci il mayın 17-də Gəncə şəhərində anadan olub. Uşaqlıqdan incəsənətə böyük maraq göstərən Arif Qazıyev uşaq yaşlarından mahnı yarışlarına qatılıb. “Cücələrim” uşaq ansamblının ilk solistlərindən olan Arif Qazıyev sonradan müğənniliyi deyil, rejissor peşəsini seçib.

Daha çox sənədli filmlərin çəkilişi ilə məşğul olan rejissor “Payız melodiyaları”, “Kəpəz”, “Salam, Zeynəb”, “Qara Qarayev” və digər sənədli filmlərin müəllifidir.

Arif Qazıyev uzun müddət Muğam Teatrına rəhbərlik edib. Hazırda təqaüddə olsa da, sənətkar fəal incəsənətlə məşğul olmağa davam edir. Xalq artisti 77 yaşını gənclik təravəti ilə qarşılayır.

Cəvahir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm