Elnur canavar rəqqasə ilə: “Hər şey idealdır”
Bizi izləyin

Magazin1

Elnur canavar rəqqasə ilə: “Hər şey idealdır”

Mayın 15-də Elnur Hüseynov və onun komandası “Eurovision 2015” mahnı müsabiqəsinin əsas səhnəsində ikinci məşqi keçiriblər.

Publika.az xəbər verir ki, birinci məşqdən sonra komanda bütün səylərini səhnə nömrəsinin, rəqs hissəsinin təkmilləşdirilməsinə, həmçinin Elnurun səhnəni hiss etməsinə yönəldib. “Hour of the Wolf” müsabiqə mahnısını və çıxışını tamaşaçıya daha yaxın və daha aydın etmək üçün kameraların işinə bəzi dəyişikliklər edilib. Rəqqaslardan biri Lukas hətta saçının rəngini dəyişib ki, canavar obrazına maksimal uyğun olsun.

“Kontemporari stilində qurulmuş bu rəqs vəhşi təbiətdən ilhamlanır, lakin əslində bu, bizim, insanlar haqqında bir hekayədir. Biz rədd olunmuş, fərqli, sürgün, ümidsiz olmağın necə olduğunu göstəririk. Axı bu, bizim hamımızın həyatında olub. Amma mahnının əsas mesajı odur ki, ruhdan düşmək heç zaman olmaz, hər ürək mübarizəyə layiqdir! Ayağa qalxıb dözümlülük və birlik uğrunda mübarizə aparmaq lazımdır”, - Elnur belə deyib.

Elnur Hüseynov mayın 21-də keçiriləcək yarımfinalda 11 nömrə altında “Hour of the Wolf” mahnısını ifa edəcək.

Cəvahir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm