"Eurovision-2015"in açılışı olub
Bizi izləyin

Magazin1

"Eurovision-2015"in açılışı olub

Avstriyanın paytaxtı Vyanada “Eurovision-2015” mahnı müsabiqəsinin açılış mərasimi keçirilib.

Publika.az xəbər verir ki, mərasimdə “Eurovision-2014”-ün qalibi avstriyalı müğənni Konçita Vurst da iştirak edib. Tarixi Rathaus meydanında təşkil olunan tədbiri Konçita açıb.

"Eurovision-2015" də ölkəsini təmsil edəcək ifaçılar qırmızı xalı üzərindən keçib.

Onların arasında Azərbaycan təmsilçisi Elnur Hüseynov, nümayəndə heyətindən olan Tamilla Şirinova və Hüsniyyə Məhərrəmova da yer alıb.

Qeyd edək ki, "Eurovision 2015" mahnı müsabiqəsinin ilk yarımfinalı mayın 19-da, ikinci yarımfinal mayın 21-də, final isə mayın 23-də olacaq. E.Hüseynov yarışmada “Hour of the Wolf” mahnısını oxuyacaq.

İsa Şükürov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm