Xoşqədəm Hidayətqızı Həcc ziyarətinə gedir
Bizi izləyin

Magazin1

Xoşqədəm Hidayətqızı Həcc ziyarətinə gedir

Məşhur telejurnalist Xoşqədəm Hidayətqızı və onun həyat yoldaşı, türkiyəli müğənni Doğuş Həcc ziyarətinə getməyə hazırlaşır. Xəbəri Publika.az-a cütlüyə yaxın olan etibarlı mənbə verib.

Xəbərdə bildirilir ki, bu, Doğuşun ən böyük arzusu olub. O, hər zaman ailəsi ilə birlikdə Həcc ziyarətinə getməyi arzu edib. Bunun üçün 3 aydır hazırlaşan cütlüyə Doğuşun anası da qatılacaq.

Xəbərin həqiqiliyini öyrənmək üçün Publika.az Xoşqədəm Hidayətqızı ilə əlaqə saxlayıb. O, xəbəri nə təsdiq, nə də inkar edərək, “Bu elə bir ziyarətdir ki, onunla gündəmə gəlmək, reklam olunmaq düzgün deyil. Mən bu sualı cavablandırmaq istəmirəm. Üzrlü sayın”.

İsa Şükürov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm