İlqarə Kazımova gizlincə ərə gedib? - FOTO
Bizi izləyin

Magazin1

İlqarə Kazımova gizlincə ərə gedib? - FOTO

Müğənni İlqarə Kazımovanın gizlincə ailə qurması haqda Publika.az-ın redaksiyasına məlumat daxil olub. Xəbəri redaksiyamıza təqdim edən şəxs məlumatı təsdiq etmək üçün hətta İlqarə Kazımovanın toy şəklini də fakt olaraq göstərib.

Şəkildən aydın görünür ki, xalq artistinin ailəsində baş verən xeyir iş nədənsə, hər kəsdən gizlin saxlanılıb. Aygün Kazımovanın qızının toy xəbərinin niyə gizli saxlamaq istədiyi isə məlum deyil.

Etibarlı mənbənin bildirdiyinə görə, toy bir neçə il öncə xaricdə baş tutub və İlqarə Kazımovanın həyat yoldaşı əcnəbi vətəndaşdır. İlqarənin tez-tez Türkiyəyə getməsinin səbəbi də həyat yoldaşının İstanbulda fəaliyyət göstərən iş adamı olmasıdır.

Maraq üçün bildirək ki, İlqarə Kazımova bir neçə aydır ki, İstanbulda yaşayır. Publika.az İlqarə Kazımovanın gizlin toyundan əldə olunmuş fotonu təqdim edir.

Jalə Ağayeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm