Rövşanə Xoşqədəmə söz atdı: “Ürəyi getsə, ağzıma su alıb...” - VİDEO
Bizi izləyin

Magazin1

Rövşanə Xoşqədəmə söz atdı: “Ürəyi getsə, ağzıma su alıb...” - VİDEO

ANS-də yayımlanan “Günə baxan” verilişində Rövşanə Ağasəfqızı ilə Xoşqədəm Hidayətqızı arasında “söz atışması” olub.

R.Ağasəfqızı son günlər efirlərdə aktual olan “ürəkgetmə” məsələsinə münasibət bildirib.

“Hansısa problemi efirə gətirib müzakirə etmək reytinq vermir. Çalışırıq, layihə edirik, sonra da həyəcanla reytinqi gözləyirik. Efirdə saçımı yolsam, yıxılsam, ürəyim getsə, verilişimə reytinq gələcək. Ürəkgetmə dəbdir. Bazar günü verilişdə Kamranla dava edəcəm, ürəyim gedəcək”.

Rövşanənin bu sözləri ötən həftə verilişində ürəyi gedən X.Hidayətqızının xoşuna gəlməyib. Verilişdən sonra tərəflər arasında gərginlik yaşandığı deyilir.

Publika.az-a açıqlama verən Rövşanə Ağasəfqızı məsələyə belə aydınlıq gətirib: “Demokratik cəmiyyətdə yaşayırıq və hər kəsin öz fikri var. Mən də öz düşüncələrimi söylədim. Xoşqədəm Hidayətqızı ilə eyni kanalda çalışırıq, məndən niyə inciməlidir ki? Burda nə var ki, ən azı yaxın zamanlara qədər bizim verilişdə ürəkgetmə olmayacaq. Məndən bunu gözləməyin, uzaqbaşı Kamranın ürəyi gedəcək. Mən də ağzıma su alıb onu ayıldacağam”.

Cəvahir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm