• USD 1,7369 +0,17% EUR 1,8625 -0,14%
    • GBP 2,1995 -0,47% RUB 0,0272 +0,37%

Türkiyənin məşhur simaları Elnura səs istədilər - VİDEO

  • Magazin1
  • 19 May 2015 11:15
  • 590 Baxış
Türkiyənin məşhur simaları Elnura səs istədilər - VİDEO

Azərbaycanı bu il “Eurovision” musiqi yarışmasında təmsil edən müğənni Elnur Hüseynova Türkiyənin ən məşhur simaları dəstək nümayiş etdirib. Publika.az xəbər verir ki, ən son Elnura dəstək nümayiş etdirən isə Türkiyənin ən məşhur şoumeni Bəyaz olub. O, Elnurun təkcə Azərbaycanı deyil, Türkiyəni də təmsil etdiyini bildirib.

“Avropada yaşayan bütün dostlarımızdan Elnura səs istəyirik. Möhtəşəm istedada malikdir. Sizlərin ona səsverməsini gözləyirik”.

Xatırladaq ki, Elnur Hüseynova ötən həftə TV8-in rəhbəri Acun Ilıcalı ilə yanaşı, Alper Kul, Fatma Toptaş, Fettah Can, Sefa Doğanay, Suzan Kardeş, Şebnem Bozoklu də dəstək nümayiş etdirib.

Qeyd edək ki, Azərbaycanı bu il “Hour of the Wolf” mahnısı ilə təmsil edən Elnur Hüseynov ilk dəfə səhnəyə mayın 21-də “Eurovision” yarışmasının ikinci yarım finalında çıxacaq.

İsa Şükürov

Xəbər lenti

DAHA ÇOX XƏBƏR