Öldüyü deyilən Bagira üzə çıxdı
Bizi izləyin

Magazin1

Öldüyü deyilən Bagira üzə çıxdı

Yalanın ömrü deyirlər ki, 40 gündür. Amma Azərbaycanlı müğənni Bagiranın ölüm xəbərinin çıxmasından 40 dəqiqə keçməmiş xəbərin yalan olduğu ortaya çıxdı.

Xatırladaq ki, müğənninin keçmiş prodüseri Mikayıl Hüseynov Publika.az-a açıqlamasında ifaçının 4 gün əvvəl Türkiyədə vəfat etdiyini bildirmişdi.

“Bu xəbəri mənə Türkiyədə şou-bizneslə əlaqəsi olmayan bir dostum deyib. O, Bagiranı Aynurə adı ilə tanıyırdı. Mənə zəng edərək Aynurənin vəfat etdiyini bildirdi. 4 gündür ki, Bagira dünyasını dəyişib. Allah rəhmət eləsin! Onun Türkiyədə torpağa tapşırıldığını deyib. Çünki həyat yoldaşı türkdür”.

Xəbərin yayılmasından sonra Mikayıl Hüseynov Publika.az-ın redaksiyasına zəng edərək xəbəri təkzib edib.

“Bu xəbəri eşitmək məni sarsıtdı. Mən onu çoxdan tanıyıram. Dostluq və işgüzar münasibətlərimiz olub. Məyusluğumu bildirmək üçün xəbəri sosial şəbəkədə paylaşdım. Xəbər yayıldıqdan sonra Türkiyədən mənə çoxlu zənglər gəldi. Bagira özü də mənimlə əlaqə saxladı. O, elə bilir mən xəbəri qəsdən yaymışam. Xəbəri mənə deyən adamın kimliyini də ona açıqladım. Anladı ki, burada mənim heç bir günahım yoxdur. Bu xəbərin yalan olduğuna sevindim. Bagiraya və ailəsinə verdiyim narahatlığa görə üzr istəyirəm”.

İsa Şükürov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm