• USD 1,7339 +0,12% EUR 1,8516 +0,84%
    • GBP 2,1859 +0,79% RUB 0,0272 +0,74%

Samir: "Çevir tatı, vur tatı oxuyanlara sual verirlər ki..."

  • Magazin1
  • 19 May 2015 16:30
  • 858 Baxış
Samir: "Çevir tatı, vur tatı oxuyanlara sual verirlər ki..."

Bu gün “Əsl şou” verilişinin qonağı müğənni Samir Piriyev olub. İfaçı bəzi həmkarlarına söz atmaqla yanaşı, Türkiyədə klip çəkilişlərinə hazırlaşdığını da bildirib:

“Çevir tatı, vur tatı oxuyanlara sual verirlər ki, nə yeniliyiniz var? Müğənninin nə yenilikləri olacaq? Müğənninin işi nədir? Mahnı oxumaq. Biz də gələn ay gedirik Türkiyənin Ege bölgəsinə klip çəkilişlərini həyata keçirməyə”.

İfaçı həmçinin konsert verməməsinə də aydınlıq gətirib:

“Konsert o zaman verərəm ki, bilim həqiqətən də zalı dolduracağam. Əks halda, konsert verməyəcəyəm. Zal dolmadısa, açın qapıları kim gəldi girsin, bilet paylamaq mənə lazım deyil. “Quş qoymaq xətrinə” konsert vermək mənə lazım deyil”.

Yerli şənliklərlə yanaşı, Rusiya toy bazarında tələbatlı olan müğənni 2 dildə albom buraxacağı haqda məlumat da verib:

“Hazırda 2 albom üzərində işlər gedir. Albomlardan biri rus, digəri isə Azərbaycan dilində ifa etdiyim mahnılardan ibarət olacaq. Albomun satışından biləcəyik ki, konsert verməyə ehtiyac var, ya yox”.

Qeyd edək ki, “Əsl şou” verilişi həftə içi 5 gün saat 11:00-da Elgün Camal və Səidə Sultanın təqdimatında “Space” telekanalında yayımlanır.

İsa Şükürov

Xəbər lenti

DAHA ÇOX XƏBƏR