• USD 1,7339 0,00% EUR 1,8297 -1,20%
    • GBP 2,2001 +0,65% RUB 0,0270 -0,74%

Vüsalə: “Verilişim canlı efirə getmir”

  • Magazin1
  • 19 May 2015 17:15
  • 1 008 Baxış
Vüsalə: “Verilişim canlı efirə getmir”

Bu gün “Azadlıq” metrostaniyasının yaxınlığında yerləşən 16 mərtəbəli yaşayış binasında baş verən yanğında 15 nəfərin həlak olması, 54 nəfərin isə yaralandığı (19 may 16:30-a olan məlumat) xəbərinə baxmayaraq, əksər telekanallarımız şou verilişini davam etdirib, müğənnilərimiz isə mahnı oxuyub oynayırlar.

Həmin verilişlərdən biri “Space” telekanalında yayımlanan ən baxımlı verilişlərdən biri “Günaydın”dır. Proqram boyu teleaparıcı Vüsalə Kərimova qonaqları ilə deyib-gülüb, Ağadadaş Ağayev isə mahnılar ifa edib.

Publika.az məsələ ilə bağlı verilişin aparıcısı Vüsalə Kərimova ilə əlaqə saxlayıb. Kərimova verilişinin canlı olmadığını bildirib:

““Günaydın” verilişi canlı deyil. Çəkiliş vaxtı da heç bir faciəvi hadisə yaşanmayıb. Bu baxımdan da bizim heç bir günahımız yoxdur. Bu hadisədir. Hər an hamının başına gələ bilər. Heç kəs belə şeylərdən sığortalanmayıb. Yəni verilişim efirə gedən vaxtı mən də yıxılıb ölə bilərəm. Amma verilişim efirə ola bilər. Çünki öncədən çəkilib. Həyatdır, kim bilir başına nə gələcək?”

Xanım teleaparıcı həmçinin verilişinin yayımının dayandırılmamasına da aydınlıq gətirib:

“Verilişi yayımdan çıxartmaq mənim səlahiyyətimdə deyil”.

İsa Şükürov

Xəbər lenti

DAHA ÇOX XƏBƏR