Bu verilişlərin yayımı dayandırıldı
Bizi izləyin

Magazin1

Bu verilişlərin yayımı dayandırıldı

Bu gün “Azadlıq prospekti” metrostansiyasının yaxınlığında yerləşən 16 mərtəbəli yaşayış binasında baş verən yanğında 14 nəfərin həlak olması, 50 nəfərin isə yaralandığı (19 may 17:50-yə olan məlumat) xəbərindən sonra yerli telekanallar verilişlərində bəzi dəyişiklik edib. Publika.az xəbər verir ki, bu haqda kanallar rəsmi açıqlama verib.

ANS telekanalı “Şoubiz” və “Maşın şou”nun yayımını dayandırıb. ATV telekanalı isə “Gündəlik” verilişinin yayımına bir günlük ara verib.

Xatırladaq ki, bu gün baş verən faciə axşam saatlarına qədər yerli telekanalların çoxunun yayımına təsir etmədi. Əyləncəli verilişlərin dayandırılmaması isə sosial şəbəkədə ictimai qınağa səbəb oldu.

İsa Şükürov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm