Rusiyada Vaqif Mustafazadənin 75 illiyi qeyd olundu
Bizi izləyin

Magazin1

Rusiyada Vaqif Mustafazadənin 75 illiyi qeyd olundu

Moskvada dünya şöhrətli cazmen Vaqif Mustafazadənin anadan olmasının 75 illiyinə həsr edilmiş caz musiqisi gecəsi keçirilib.

Publika.az xəbər verir ki, gecə Moskva Mədəniyyət Departamentinin dəstəyi ilə Rusiyanın Azərbaycanlı Gənclər Birliyi (RAGB) və Ümumrusiya Azərbaycanlılar Konqresi (ÜAK) tərəfindən təşkil olunub.


RAGB-nin idarə heyətinin üzvü Emin Hacıyev qonaqları təşkilatın sədri Leyla Əliyevanın adından salamlayaraq bildirib ki, Vaqif Mustafazadə Azərbaycan mədəniyyətinin fəxridir, o, Azərbaycanın ən böyük musiqiçilərindən biridir, biz də onun musiqisini məmnuniyyətlə dostlarımızla bölüşürük.

Gecə azərbaycanlı və rusiyalı gənc musiqiçilərin çıxışları ilə davam edib. Moskvanın aparıcı caz mərkəzlərinin yetirmələrinin ifasında Vaqif Mustafazadənin, Səid Rüstəmovun, Tofiq Quliyevin, Əzizə Mustafazadənin, Ron Karterin, Dyuk Ellinqtonun və başqalarının əsərləri səslənib.

Cəvahir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm