VIII Beynəlxalq Rostropoviç Festivalı davam edir
Bizi izləyin

Magazin1

VIII Beynəlxalq Rostropoviç Festivalı davam edir

Mayın 17-dən Bakıda start götürən VIII Beynəlxalq Rostropoviç Festivalı davam edir.

Publika.az xəbər verir ki, 2007-ci ildən keçirilən festivalda bir çox tanınmış musiqiçilər və yaradıcı kollektivlər iştirak edir.

Musiqiçilər Dövlət Filarmoniyasının, Heydər Əliyev Sarayının səhnələrində, Kamera və Orqan Musiqisi Zalında, Milli İncəsənət Muzeyində çıxış edəcəklər.


Festival çərçivəsində Akademik Opera və Balet Teatrının və Qalina Vişnevskaya Opera İfaçılığı Mərkəzinin solistlərinin ifasında italyan bəstəkarı R.Leonkavallonun “Payatsı” operası da oynanılacaq.

Qeyd edək ki, Heydər Əliyev Fondu, Mədəniyyət və Turizm Nazirliyi və Mstislav Rostropoviç Fondunun təşkilatçılığı ilə keçirilən festival mayın 24-də başa çatacaq.

Cəvahir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm