Banqladeşdə Azərbaycanın əl sənətkarlığı sərgilənəcək
Bizi izləyin

Magazin1

Banqladeşdə Azərbaycanın əl sənətkarlığı sərgilənəcək

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev III Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirak etmək üçün ölkəmizdə səfərdə olan Banqladeşin mədəniyyət işləri naziri Asaduzzaman Nur ilə görüşüb.

Nazirlikdən Publika.az-a verilən məlumata görə, Forumun əhəmiyyətindən söhbət açan mədəniyyət işləri naziri Asaduzzaman Nur dəvətə görə təşəkkürünü bildirib və gələcəkdə də belə tədbirlərdə iştirakının vacibliyini vurğulayıb.


Görüşdə iki ölkənin mədəni sahədə əlaqələri ilə bağlı fikir mübadiləsi aparılıb.


Söhbət zamanı gələcəkdə Banqladeşdə Azərbaycanın əl sənətkarlığı və rəsm əsərləri sərgilərinin keçirilməsi təklifləri də müzakirə edilib.

Cəvahir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm