
Heydər Əliyev Mərkəzi Binəqədi rayonundakı yaşayış binasında
yanğın hadisəsi ilə əlaqədar konsert proqramlarını mayın 28-dək
təxirə salıb.
Mərkəzdən Publika.az-a verilən məlumata görə,
Muğam Televiziya Müqabiqəsinin final mərhələsinə həsr olunan
konsert mayın 29-da keçiriləcək.
Eyni zamanda, əməkdar artist Tünzalə Ağayevanın mayın 22-23-də
keçirilməsi nəzərdə tutulan konserti mayın 31-də və iyunun 1-də
keçiriləcək. İndiyədək konsertə alınmış biletlər etibarlı
sayılır.
Mayın 22-sinə alınmış biletlər mayın 31-i, mayın 23-ü üçün alınmış
biletlər isə iyunun 1-də qüvvədədir.
Cəvahir