“Ən yaxşı sosial çarx ssenarisi” müsabiqəsi davam edir
Bizi izləyin

Magazin1

“Ən yaxşı sosial çarx ssenarisi” müsabiqəsi davam edir

Mədəniyyət və Turizm Nazirliyi mayın 1-dən başlayaraq “Ən yaxşı sosial çarx ssenarisi” müsabiqəsi üzrə işləri qəbul edir. Müsabiqəyə son ssenari qəbulunun tarixi iyunun 15-dir.

Nazirlikdən Publika.az-a verilən məlumata görə, mənəvi-əxlaqi dəyərləri, o cümlədən folklor, adət-ənənələr, və başqa mənəvi keyfiyyətləri özündə əks etdirən rəvayət, əfsanə və əsatirlər əsasında sosial çarxların çəkilməsi mədəni dəyərlərin qorunaraq gələcək nəsillərə çatdırılması məqsədi daşıyır.

Eyni zamanda, məqsəd gənclərin yaradıcılıqlarına dəstək verilməsidir.

“Ən yaxşı sosial çarx ssenarisi” müsabiqəsi Mədəniyyət və Turizm Nazirliyinin əmrinə əsasən təsis edilib. Müsabiqəyə təqdim edilən namizədlər üçün yaş məhdudiyyəti yoxdur və bir müəllif bir neçə ssenari ilə də iştirak edə bilər.

Cəvahir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm