Bakıda III Beynəlxalq rəsm festivalı keçiriləcək
Bizi izləyin

Magazin1

Bakıda III Beynəlxalq rəsm festivalı keçiriləcək

Mayın 25-də Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının muzey-sərgi kompleksində “Saf rənglər” III Beynəlxalq uşaq və yeniyetmələrin rəsm yaradıcılığı festivalı açılacaq.


Akademiyadan Publika.az-a bildirilib ki, festival Təhsil Nazirliyi və ADRA-nın birgə təşəbbüsü ilə keçirilir.


Festivalda 20-dək rəssamlıq studiyası, incəsənət məktəbləri ilə yanaşı, Fransa, Kuba, Koreya Respublikası, Çin, Belarus, Misir, Mərakeş, Türkiyə, Pakistan, Hindistan və bir çox ölkələrdən uşaqların əl işləri nümayiş olunacaq. Rəsmləri seçilən uşaq və yeniyetmələr dəyərli hədiyyələrlə mükafatlandırılacaq.


Sərgidə 700-dək əl işi nümayiş etdiriləcək. Festivalın xeyriyyəçilik ənənəsinə uyğun olaraq əlil uşaqlara kömək məqsədilə əsərlərin satışı da keçiriləcək.

Cəvahir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm