
Meyxanaçı Namiq Qaraçuxurlunun yuxusu ərşə çəkilib.
Publika.az-ın məlumatına görə, Namiq Binəqədidə baş verən yanğın hadisəsindən hələ də özünə gələ bilmir.
Hadisənin təsirindən qurtara bilməyən meyxanaçı “İnstagram” bloqunda bu sözləri yazıb:
“Gecə boyu məlum yanğınla bağlı fotolara, videolara baxdım. Yuxum ərşə çəkilib. Yatmaq mümkün deyil. İnşallah, başımız bir daha bəlalar görməsin”.
Cəvahir