Azərbaycan beynəlxalq festivalda - FOTOLAR
Bizi izləyin

Magazin1

Azərbaycan beynəlxalq festivalda - FOTOLAR

Kiyevdəki “Ukrayna evi”ndə “Dünyanın rəngləri” adlı Beynəlxalq dil və mədəniyyət festivalı iştirakçılarının işlərindən ibarət sərgi-yarmarka keçirilib.

Publika.az xəbər verir ki, tədbirdə Azərbaycan, Gürcüstan, Hindistan, Qırğızıstan, Moldova, Portuqaliya, Özbəkistan və Yaponiya təmsil olunub.

Beynəlxalq sərgidə Azərbaycan pavilyonunu təqdim edib. Burada birinci Avropa Oyunları, Azərbaycanın zəngin tarixi, mədəniyyəti və milli mətbəxi barədə məlumat verilib. Pavilyona gələnlərə “Azərbaycan-Ukrayna və Ukrayna-Azərbaycan danışıq lüğəti” paylanıb.

Azərbaycan pavilyonunu festivalın fəxri qonaqları – Gürcüstanın və Moldovanın bu ölkədəki səfirləri Mixeil Ukleba və İon Stevile, Azərbaycanın Ukraynadakı səfirliyinin ikinci katibi Fərid Babayev və başqaları da ziyarət ediblər.


Festivalda müxtəlif ölkələr üçün ənənəvi xalq sənəti nümunələri nümayiş etdirilib, ustad dərsləri və müxtəlif xalqların milli yeməklərinin dequstasiyası keçirilib.


Tədbirdən sonra “Ukrayna evi”nin konsert salonunda XIII beynəlxalq dil və mədəniyyət festivalının Ukrayna finalçılarının təntənəli surətdə mükafatlandırılması mərasimi və konsert olub.

Cəvahir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm