“Eurovision-2015”-in yayımı ilə bağlı qərar – RƏSMİ AÇIQLAMA
Bizi izləyin

Magazin1

“Eurovision-2015”-in yayımı ilə bağlı qərar – RƏSMİ AÇIQLAMA

Bu gün Avstriyanın paytaxtı Vyana şəhərində “Eurovision - 2015” mahnı müsabiqəsinin ikinci yarımfinalı baş tutacaq.

Yarışma İTV-nin efirində canlı yayımlanacaq.

Bu barədə Publika.az-a televiziyanın ictimai əlaqələr şöbəsindən açıqlama verilib.

Qeyd edək ki, Binəqədidə baş verən yanğın hadisəsi ilə bağlı yarışmanın birinci yarımfinalının keçirildiyi gün İTV bəzi verilişlərdə dəyişiklik etmişdi. O cümlədən yarışma canlı yayımlanmamışdı.

Qeyd edək ki, “Wiener Stadthalle” arenasında baş tutacaq gecədə 17 ölkənin təmsilçisi səhnəyə çıxacaq. Təmsilçimiz Elnur Hüseynov bu gün 11-ci nömrə altında çıxış edəcək. O, “Hour of the Wolf” mahnısını səsləndirəcək.

Avstriya, Almaniya, Fransa, İtaliya, Böyük Britaniya, Avstraliya və İspaniya birbaşa finalda iştirak edəcək.


Birinci yarımfinalda Albaniya, Rusiya, Rumıniya, Serbiya, Belarus, Yunanıstan, Macarıstan, Estoniya, Almaniya və Ermənistan finala vəsiqə qazanıb.

Qeyd edək ki, keçən il Danimarkanın paytaxtı Kopenhagendə keçirilən “Eurovision-2014” mahnı müsabiqəsini Avstriyadan Konçita Vurst “Rise Like a Phoenix” mahnısı ilə qazanmışdı.


Müsabiqənin final mərhələsi mayın 23-də baş tutacaq.

Cəvahir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm