"Maşın şou" yenə təxirə salındı - FOTO
Bizi izləyin

Magazin1

"Maşın şou" yenə təxirə salındı - FOTO

ANS TV-də yayımlanan "Maşın" realiti-şou bu gün də efirə getməyəcək. Layihənin rəhbəri və aparıcısı Murad Dadaşov ANS PRESS-ə açıqlamasında, layihənin Bakıda baş verən məlum faciə ilə bağlı təxirə salındığını bildirdi:

"Xalqın ayrılmaz hissə olan bir vətəndaş olaraq Binəqədi rayonunda baş verən faciə bizə çox pis təsir etdi. Gözlənilməz faciə baş verən dəqiqədən sonra "MGP" (M Group Production) və ANS TV ilə müştərək qərar qəbul edərək "Maşın" şounun efirini təxirə saldıq. Biz hamıdan tez belə qərar verdik. Başqa cür ola da bilməzdi!

Maşının tarixində ilk dəfə olaraq yayımı dayandırdıq. Bu bizim vicdan borcumuz idi. Onlar arasında azyaşlı uşaqların da olması acımızı ikiqat çoxaldır. Çox ağrılıdır.

Milli adətlərimizi nəzərə alaraq bu gün də efirə çıxmayacağıq. Bu gün faciəvi şəkildə həlak olanların 3 mərasimi və ilk cümə axşamıdır.

Sənətçi dostlarımla dünən onları ziyarət etdik. Verə biləcəyimiz dəstək onların yanında olub, əllərindən tutmaqdır. Şou efirə getməyən bizə çoxsaylı zənglər, müraciətlər oldu. Səbəbi açıqladıqda anlayışla qarşıladılar. Bizim bu qərarımızı anlayışla qarşıladılarına görə, tamaşaçılarımıza və sponsorlarımıza çox minnətdaram.

Faciənin miqyasını dərindən hiss edir, ölənlərin yaxınlarına dərin hüznlə baş sağlığı veririk. Allahın rəhminə sığınaraq, geridə qalanların sağ salamat qurtulmasını diləyirik".























Oxumağa davam et
Reklam
Reklam

Gündəm