Qanun İlhamənin uşaq arzusuna nə deyir?
Bizi izləyin

Magazin1

Qanun İlhamənin uşaq arzusuna nə deyir?

Xalq artisti İlhamə Quliyeva Zimbabvedə dünyaya gələn bir körpəni övladlığa götürmək qərarına gəlib. Publika.az xəbər verir ki, bu barədə o özü elektron KİV-də açıqlama verərək bir qaradərili körpəni övladlığa götürəcəyini deyib: “Belə qərara gəlmişəm ki, qaradərili qız övladını götürəcəm, böyüdəcəm. Savad verəcəm, toyunu da mən edəcəm. Bu möhtəşəm arzumu reallaşdıracam” .

Maraqlıdır, bəs qununvericilik İlhamə xanıma bu arzusunu reallaşdırmağa imkan verəcəkmi?

Publika.az bununla bağlı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə sorğu ilə müraciət edib.

Komitədən İlhamə Quliyevanın bu arzusunun reallaşmasının mümkün olduğunu bildiriblər. Amma bu hal xüsusi olaraq araşdırılmalıdır: “Qanunvericiliyə görə, övladlığa uşaq götürən ana ilə uşaq arasında minimum 16 yaş fərq olmalıdır".

Əgər ana 60-70 yaşındadırsa, onun övladlığa uşaq götürməsi nə dərəcədə düzgündür? Bu, riskli yaş sayılır.

Komitədən bildiriblər ki, bu da vətəndaşın müraciəti zamanı araşdırılır və qərar qəbul olunur.

Məsələ ondadır ki, İlhamə xanım ana olmaq üçün nəinki yaşlı, həm də subaydır. Maraqlıdır, nikahı olmayan bir qadın olaraq xalq artisti övladlığa uşaq götürə bilərmi?

Komitədən bildirdilər ki, qanunvericilik buna imkan verir.

Cəvahir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm