Dövlət Gənc Tamaşaçılar Teatrından premyera xəbəri – FOTOLAR
Bizi izləyin

Magazin1

Dövlət Gənc Tamaşaçılar Teatrından premyera xəbəri – FOTOLAR

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı yeni uşaq tamaşasını təqdim etməyə hazırlaşır.

Görkəmli Danimarka yazıçısı Hans Kristian Andersenin “Çirkin ördək balası” nağılı əsasında səhnələşdirilmiş eyniadlı tamaşanın quruluşçu rejissoru əməkdar artist Nicat Kazımov, quruluşçu rəssamı Elşən Sərxanoğlu, musiqi tərtibatı Zaur Rəşidov, baletmeysteri Nailə Məmmədzadədir.

Tamaşada əsas rolları əməkdar artistlər Almaz Mustafayeva, Şəfəq Əliyeva, Elşən Rüstəmov, Leyli Vəliyeva, aktyorlar, Hüsniyyə Əhmədova və başqaları ifa edəcəklər.

Məlumat üçün bildirək ki, yeni səhnə əsəri mayın 23-də saat 12.00 və 14.00-da, eləcə də ayın 24-də saat 12.00-da nümayiş etdiriləcək.

Cəvahir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm