ATV və ANS arasında “Mətanət müharibəsi” - ŞOK
Bizi izləyin

Magazin1

ATV və ANS arasında “Mətanət müharibəsi” - ŞOK

ANS-lə ATV telekanalı söz savaşına çıxdı.

Publika.az xəbər verir ki, ANS telekanalında ATV-nin tanınmış aparıcısı Mətanət Əliverdiyeva ilə bağlı efirə gedən tənqidi süjet qarşı tərəfin etirazına səbəb olub. Demək olar ki, iki telekanal burun-buruna gəlib.

Qeyd edək ki, ANS-in jurnalisti Ləman Ələşrəfqızı hazırladığı süjetdə Mətanət Əliverdiyevanın Binəqədidə baş verən yanğın hadisəsini bir küləyə və filmə bənzətməsini kəskin tənqid edib, sosial şəbəkəçilərin təbirincə desək, Mətanətin layiqli cavabını verib. Təbii ki, qarşı tərəf bu cavabı həzm edə bilməyib.

Tərəflər hələ ki sosial şəbəkədə söz savaşına çıxıblar. Tanınmış aparıcı İlkin Həsəni bir qədər irəli gedərək rəqib kanala təhqirlə cavab verməkdən özünü saxlaya bilməyib.

O, sosial şəbəkədə bunları yazıb:

“14 ildir TV-də işləyirəm. Bu 14 ildə çox şey gördüm, amma bir telekanalın digərinə qarşı etdiyi belə bir şərəfsizliyi görmədim! Bəs hanı sizin jurnalist həmrəyliyiniz, hanı dəqiqliyiniz, qərəzsizliyiniz? Başa düşürəm. TV adlandırdığınız o konslagerinizdə bəzi işçilərinizin qədrini bilmədiniz. Onlar ATV-yə gəldi, hörmət, azadlıq və yüksək maaş gördü. Amma belə etməli deyildiniz! Bu gün siz, rəsmən ATV kanalına efir müharibəsi elan etdiniz! OK, olsun!”

Ləman Ələşrəfqızı İlkin Həsəninin sosial şəbəkədə yazdığı statusu cavabsız qoymayıb:

“Səhər-səhər qanımı qaraltmaq istəmirəm. Şəmiyə-şöşüyə baş qoşmaq niyyətim yox. Getsin bozbaşını bişirsin! Mən sözümü dedim. Əks-hücum da başa düşüləndir. İşinizdə olun!”

Cəvahir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm